"Barselona"da ikinci "Messi" dövrü
07.01.2024 - 09:59
"Barselona"da ikinci "Messi" dövrü

"Barselona" braziliyalı futbolçu Estevan Villianın transferini başa çatdırmaq istəyir.

Apasport.az xəbər verir ki, 16 yaşlı "Palmeras" futbolçusu bir çox Avropa nəhənglərinin radarındadır, lakin Kataloniya klubu cinah oyunçusu ilə müqavilə bağlamaq üçün açıq favorit hesab olunur.

Yalnız maliyyə çətinlikləri "Barselona"ya müqavilə bağlamağa mane olur. Messinyo özü də digər "nəhənglər"in marağına baxmayaraq, Kataloniya təmsilçisinə keçməkdə qərarlıdır.

Qeyd edək ki, "Mançester Siti", "Çelsi", "Arsenal", "Mançester Yunayted" və PSJ də Estevan Villianla maraqlanır. 

writer photo
Əlirza Əlirzalı
0