“Barselona”dan Portuqaliyaya
27.06.2022 - 22:23
“Barselona”dan Portuqaliyaya

“Barselona”nın futbolçusu Fransişka Trinkan karyerasını Portuqaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu “Sportinq”ə keçməyə yaxındır.

Lissabon klubu onu icarəyə götürməyi planlaşdırır. 2 illik icarə müqaviləsində sonradan transfer olunmaq öhdəliyi də olacaq. “Sportinq” oyunçunu 20 milyon avroya heyətinə qatmalıdır.

Qeyd edək ki, portuqaliyalı forvard 2020-ci ildən “Barselona”nın üzvüdür.
 

writer photo
Əlirza Əlirzalı
0