"Barselona"nın hədəfində belçikalı cinah oyunçusu var
20.06.2024 - 09:44
"Barselona"nın hədəfində belçikalı cinah oyunçusu var

Erediviziya nəhənglərindən PSV və Belçika millisinin futbolçusu Joan Bakayoko "Barselona"nın transfer hədəfləri arasındadır.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Barselona" 21 yaşlı belçikalı ilə maraqlansa da, hələlik onu prioritet variant hesab etmir.

"Transfermarkt" portalı Joan Bakayokonun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

Son mövsümdə cinah oyunçusu PSV üçün 49 matçda 14 qol vurub, 14 məhsuldar ötürmə edib, həmçinin Belçika millisində 13 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

writer photo
Əlirza Əlirzalı
0