"Barselona"nın müdafiəçisi nəhənglərin maraq dairəsində
01.04.2024 - 12:38
"Barselona"nın müdafiəçisi nəhənglərin maraq dairəsində

La Liqa təmsilçisi "Barselona"nın futbolçusu Mikayıl Faye digər klubların maraq dairəsindədir. 

Apasport.az xəbər verir ki,”Barselona”  mərkəz müdafiəçisinin transferi üçün yeni təkliflər alıb. 

Lakin kataloniyalılar hələ 19 yaşlı futbolçu ilə bağlı qərar verməyiblər. Yeni məşqçi təyin olunandan sonra bu məsələyə aydınlıq gətiriləcək . 

Əvvəllər mətbuatda  Fayenin "Mançester Yunayted", "Bayer" və "İnter"in maraq dairəsində olduğu haqda xəbərlər yayılmışdı. 

Qeyd edək ki, seneqallı futbolçu hələ rəsmi oyunlarda debüt etməyib.

writer photo
Əlirza Əlirzalı
0