“Bavariya”nın qış planı
21.12.2023 - 18:12
“Bavariya”nın qış planı

“Bavariya” yanvarda heyəti iki futbolçu ilə gücləndirəcək.

Apasport.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Tomas Tuxel məlumat verib.

50 yaşlı mütəxəssis zədələrin onları bu addımı atmağa sövq etdiyini bildirib: “Zədəli futbolçuların çoxluğu işimizi çətinləşdirir. Xüsusilə bir neçə mövqedə oynaya bilən iki futbolçu almağı planlaşdırırıq. Əgər zədəlilərimiz tez sağalarsa, bu sayı birə endirə bilərik”.

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni davam etdirən Münhen klubu ölkə çempionatında bir oyun az keçirməklə lider “Bayer”dən 4 xal geri qalır.

writer photo
Əlirza Əlirzalı
0