"Bayern"də Tuxel erası başladı
24.03.2023 - 21:20
"Bayern"də Tuxel erası başladı

"Bayern" baş məşqçi dəyişikliyini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, Yulian Naqelsmann istefaya göndərilib və onu bu vəzifədə Tomas Tuxel əvəzləyib. Mütəxəssilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Bayern" Bundesliqada çempionluq mübarizəsini, Almaniya kuboku və Çempionlar Liqasında işirakını davam etdirir.

Xatırladaq ki, Tomas Tuxelin son klubu "Çelsi" olub.

writer photo
Əlirza Əlirzalı
0