"Beşiktaş" azarkeşlərinin sevimlisi geri dönür
10.01.2024 - 12:30
"Beşiktaş" azarkeşlərinin sevimlisi geri dönür

Rikardo Kuarejma "Beşiktaş"a geri qayıtmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi İstanbul klubu ilə danışıqlar aparır.

40 yaşlı veteran futbolçunun komandanın yeni baş məqçisi Fernando Santosun köməkçisi olacağı gözlənilir. Kuarejma ilə razılaşmanın yaxın günlərdə imzalanacağı iddia edilir. 

Qeyd edək ki, Rikardo 2010-2012 və 2015-2019-cu illərdə  "Beşiktaş"ın şərəfini qoruyub. Azarkeşlərin sevimlisi olan portuqaliyalı iki dəfə Türkiyə çempionatının və ölkə kubokunun qalibi olub. 

writer photo
Əlirza Əlirzalı
0