"Qarabağ"la matç öncəsi "Tottenhem"də ciddi itkilər
19.09.2024 - 12:18
"Qarabağ"la matç öncəsi "Tottenhem"də ciddi itkilər

Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Tottenhem" ciddi itkilərlə üzləşib.

Apasport.az xəbər verir ki, London təmsilçisinin iki futbolçusu ölkə kubokunun 3-cü mərhələsinin "Koventri" ilə matçında sıradan çıxıb.

Vinger Vilson Odeber və hücumçu Timo Verner zədə səbəbindən oyunu vaxtından əvvəl tərk etməli olublar. "Tottenhem"in baş məşqçisi Anje Postekoqlu Oderberin zədəsinin ciddi olduğunu bildirib. Onun sözlərinə görə, Vernerin durumu isə hələlik bəlli deyil.

Qeyd edək ki, "Qarabağ"ın "Tottenhem"lə oyunu 26 sentyabr tarixində Londonda baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0