"Beşiktaş" - "Qalatasaray" matçının hakimi bəlli oldu
29.02.2024 - 13:58
Türkiyə Super Liqasının 28-ci həftəsində keçiriləcək qarşılaşmaların hakim heyəti bəlli olub.
Apasport.az xəbər verir ki, "Beşiktaş" - "Qalatasaray" derbisini baş hakim Halil Umut Meler idarə edəcək.
Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Matçın 4-cü hakimi Bahattin Şimşəkdir.
Qarşılaşma martın 3-ü Bakı vaxtı ilə saat 20:00-da Tüpraş Stadionunda baş tutacaq.
0
0