“Beşiktaş”ın baş məşqçisi postuna namizədlər
22.12.2023 - 12:54
“Beşiktaş”ın baş məşqçisi postuna namizədlər

"Beşiktaş"ın baş məşqçisi postuna 8 namizədin yer aldığı siyahıda yeganə yerli mütəxəssis Sərgən Yalçındır.

Apasport.az xəbər verir ki, Rıza Çalımbayın istefaya göndərilməsindən sonra dərhal "ağ-qaralar"a məşqçi axtarışı başlayıb.

Bu siyahıda 8 nəfərin adı yer alıb. "Beşiktaş"ın yeganə yerli namizədinin Sərgən Yalçın olması diqqət çəkib. Namizədlər arasında Fabio Kannavaro, Slaven Biliç, Xorxe Sampaoli, Ruud Van Nistelroy, Frank de Bur, Bruno Genesio və Stanislav Çerçesov da var.

Qeyd edək ki, Çalımbay uğursuz nəticələr səbəbindən istefaya göndərilib.
 

writer photo
Əlirza Əlirzalı
0