"Betis"in hücumçusu ərəblərin diqqətində
28.01.2024 - 18:57
"Betis"in hücumçusu ərəblərin diqqətində

Daha bir tanınmış futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Əl-Hilal” və “Əl-Nasr” Nabil Fekiri almaq üçün “Betis”lə danışıqlar aparırlar.

Artıq hər iki klub təkliflərini fransız hücumçunun ətrafına təqdim edib. Transferlə bağlı İspaniya komandası ilə razılaşmağın çətin olmayacağı bildirilir. Əməliyyat məbləği təxminən 20 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, 2019-cu ildən “Betis” klubunun şərəfini qoruyan Nabil Fekir bu mövsüm 8 matçda iştirak edərək 1 məhsuldar ötürməyə imza atıb. 

writer photo
Əlirza Əlirzalı
0