Beynəlxalq İdman Jurnalistləri Günüdür - 2 iyul
02.07.2022 - 10:40
Beynəlxalq İdman Jurnalistləri Günüdür - 2 iyul

Bu gün idman jurnalistlərinin peşə bayramıdır. 

Apasport.az saytının məlumatına görə, 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. 

Bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. 1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın artıq 98 yaşı tamam olur. 

Assosiasiya 150-dən artıq ölkənin milli təşkilatını özündə birləşdirir. Ölkəmizdə idman mətbuatını birləşdirən təşkilat – Azərbaycan İdman Jurnalistləri Assosiasiyasıdır (AİJA).

AİJA 1995-ci ildə yaradılıb. Eldar İsmayılovun prezidenti olduğu qurum bir il sonra AİPS-in müvəqqəti, 1997-ci ildən tamhüquqlu üzvüdür.

“Apasport” bütün idman jurnalistlərini təbrik edir, fəaliyyətində uğurlar arzulayır.

writer photo
Əlirza Əlirzalı
0