Almaniya Bundesliqa təmsilçilərindən "Borussiya Dortmund" futbolçuları üçün maraqlı cəza üsulu tapıb.
Apasport.az xəbər verir ki, Dortmund təmsilçisi Yeni il tətilindən artıq çəki ilə qayıdan oyunçuları cərimələyəcək. Bu barədə RTBF nəşri məlumat yayıb.
Klub rəhbərliyinin qərarına əsasən istirahətdən qayıdan futbolçular artıq olan hər kiloqram çəkiyə görə 1000 avro məbləğində cərimə olunacaq. Bununla "sarı-qaralar" futbolçuların fiziki vəziyyətlərini qoruyacağını düşünür
Qeyd edək ki, "Borussiya" Bundesliqada 16 turdan sonra 27 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.