Britaniya rekordu – 21-i birdən
02.09.2022 - 10:01
Britaniya rekordu – 21-i birdən

“Nottinhem Forest” yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu bir transfer pəncərəsində aldığı futbolçu sayında rekord vurub.

Birminhem klubu bu yay 21 yeni oyunçu transfer edib. Bu, təkcə İngiltərə deyil, Böyük Britaniyanın mütləq rekordudur.

2000-ci ildə “Dandi”, 2001-ci ildə “Livinqston” hərəyə 19 transfer reallaşdırıb. Şotlandiya klublarından geri qalan “Kristal Pelas” isə İngiltərə rekordçusu idi. Bu komanda 2013-cü ildə 17 transfer edib.

“Nottinhem Forest”in 22-ci transferi Mişi Batşuayi ola bilərdi. Onun keçidi son anda baş tutmayıb.

Qeyd edək ki, birminhemlilər cəmi 7 milyon avroluq oyunçu satdığı transfer pəncərəsində 162 milyon xərcləyib.
 

writer photo
Əlirza Əlirzalı
0