Qısa müddət əvvəl yenidən "Real Madrid"in düşərgəsinə qoşulan türkiyəli ulduz Arda Gülerlə bağlı yeni iddia ortaya çıxıb.
Apasport.az xəbər verir ki, son Almaniya çempionu "Bayer Leverkuzen" Ardanı icarəyə götürmək istəyib. Bu barədə məlumatı insayder Fabrizio Romano paylaşıb.
"Kral klubu" gənc futbolçunu komandanın vacib oyunçularından biri hesab etdiyi üçün, onu icarəyə verməyi düşünmür. Madrid klubu ilə yeni mövsüm hazırlıqlarına başlayan Güler də İspaniyada qalmaq istəyindədir.
Qeyd edək ki, ötən mövsüm daha çox ehtiyat oyunçular skamyasında oturan futbolçunun yayda komandadan ayrılacağı ehtimalları yüksək qiymətləndirilirdi.