"Turan Tovuz"un müdafiəçisi, komandadan ayrılacağı gözlənilən Panama millisinin üzvü Roderik Miller apasport.az saytına müsahibə verib.
- Komandadan ayrılacağın deyilir. Bu haqda nə deyəcəksən?
- Bircə onu deyə bilərəm ki, təkliflərim var. Mən hazırda "Turan Tovuz"un heyətində Türkiyədəki toplanışdayam.
- Çin və Avstraliya klublarından təkliflərin olduğu iddia edilir. Ayrılmaq istəyirsən, yoxsa "Turan Tovuz"da qalmağı planlaşdırırsan?
- Mən "Turan Tovuz"u çox istəyirəm. Amma etiraf edək ki, biz də ailəmizi düşünməliyik. Yəni, imkanları da buraxmaq lazım deyil.
- Komandanın baş məşqçisi Kurban Berdıyevlə danışığın olub?
- Mənim bir neçə variantım var. Amma hər şey klubdan asılı olacaq. Xeyr, Kurban Berdıyevlə söhbətim olmayıb.
- Səncə, "Turan Tovuz" indi güclüdür, yoxsa əvvəl daha güclü idi?
- Düşünürəm ki, “Turan Tovuz” çox yaxşı güclənir. Yeni məşqçinin gəlişi komandaya daha yaxşı sima verdi və futbolçular bu ideyanı başa düşürlər. Düşünürəm ki, “Turan Tovuz” bu mövsüm keçən mövsümdən qat-qat yaxşı olacaq.
- "Turan Tovuz"da qalmaq şansın var? "Copa America"dan sonra yeni mövsümün hazırlığı üçün yorğunluq yoxdurki?
- Bu həftə gələcəyim müəyyənləşəcək. Ümid edirik ki, bu həm mən, həm də klub üçün ən yaxşısı olacaq. Gözləyək, görək. "Copa America"dan sonra güclü qalmaq üçün özümü çox motivasiyalı hiss edirəm. Turnir üçün hazırlıq vacib olacaq.
- Artıq getməyi düşünürsən?
- Gəlin gözləyək görək və bu günlərdə nələr baş verəcək. Məndə olan təklif çox cəlbedicidir və şübhəsiz ki, klubla razılığa gəlməyə çalışacağam. Amma hələ ki, qəti qərar yoxdur. Danışıqlardan sonra aydınlaşacaq.
- Azərbaycanda "Neftçi" və "Qarabağ" klublarında oynamaq yaxşıdır, yoxsa Çin və ya Avstraliyaya getmək?
- Azərbaycan Premyer Liqasında heç bir komandadan təklif almamışam. Təkliflərin hamısı digər ölkələrdəndir. Ona görə də bu haqda bir söz deyə bilmərəm.
- Kurban Berdıyevin komandaya uğur qazandıracağına inanırsan?
- Bəli, inanıram. Komandanı yoldaşlıq oyununda görə bildim və həqiqət məşqçinin başçılıq etdiyi vaxtdan az sonra idi. Komandanı daha komplekt görə bildim. "Turan Tovuz"un daha da irəli gedəcəyinə 100 faiz inanıram.