“Çelsi”də yeni müqavilə
14.04.2023 - 16:34
“Çelsi” Enzo Fernandeslə müqavilənin müddətini artırıb.
Apasport.az saytı xəbər verir ki, argentinalı yarımmüdafiəçinin sözləşməsi 1 illik daha uzadılıb.
O, 2032-ci ilə qədər London klubuna məxsus olacaq.
“Zadəganlar”ın bu ilin əvvəlində rekord məbləğə - 121 milyon avroya heyətə qatdığı 22 yaşlı futbolçu Premyer Liqanın 10 matçında iştirak edib. DÇ-2022-nin qalibi bu oyunlarda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Fernandes “Benfika”dan transfer olunmuşdu.
0
0