“Çelsi”dən 74 milyonluq TƏKLİF
23.01.2023 - 11:07
“Çelsi”dən 74 milyonluq TƏKLİF

Transfer bazarının ən fəalları sırasında yer alan “Çelsi” Moyses Kaysedonu heyətinə qatmaq istəyindən əl çəkmir.

Apasport.az saytının məlumatına görə, London klubu yarımmüdafiəçi üçün növbəti təklif göndərib.

“Zadəganlar” “Brayton”da çıxış edən futbolçu üçün 74 milyon avro ödəməyə razıdır. 64 milyonluq təklifi rədd edilən “Çelsi” bu dəfə daha böyük məbləğdə xərcə də hazırdır.

Qeyd edək ki, ekvadorlu futbolçu cari mövsüm 20 oyun keçirib. Onun hesabında 1 qol və 1 assist var.

writer photo
Əlirza Əlirzalı
0