“Çelsi”dən ayrılan futbolçuya iki təklif
31.08.2022 - 23:16
“Çelsi”dən ayrılan futbolçuya iki təklif

“Çelsi”dən ayrılan Ross Barkli karyerasını Şotlandiyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, ingiltərəli yarımmüdafiəçi Qlazqo klublarından təklif alıb.

28 yaşlı futbolçunun xidmətində “Reyncers”lə “Seltik” maraqlıdır. Lakin Premyer Liqada qalmaq istəyən Barkli öncə vətənindən ala biləcəyi təklifləri gözləyir.

Yarımmüdafiəçi 2018-ci ilin yanvarında “Çelsi”yə keçib. O, 4,5 il ərzində 100 matçda şans qazanıb və 12 qola imza atıb.

Qeyd edək ki, Barkli ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0