“Çelsi”ni “Bayer”ə dəyişdi
24.08.2022 - 12:45
“Çelsi”ni “Bayer”ə dəyişdi

“Çelsi”nin yarımmüdafiəçisi Kallum Hadson-Odoinin yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirəcək.

İngiltərə millisinin üzvü “Bayer”lə anlaşıb. Premyer Liqa klublarının icarə təkliflərindən imtina edən Hadson-Odoi bu həftənin sonuna kimi Leverkuzen təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək. O, cari mövsümü icarə əsasında Bundesliqa klubunda keçirəcək.

Qeyd edək ki, hücumameyilli oyunçu ötən mövsüm Premyer Liqada 15 oyunda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0