Riyad satılmadı - SƏBƏB
18.07.2023 - 12:33
Riyad satılmadı - SƏBƏB

“Mançester Siti”nin futbolçusu Riyad Mahrezin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Əl-Əhli”dən aldığı təkliflə razılaşmayıb.

Asiyalılar vinger üçün 21 milyon avro ödəməyə razı olsa da, bu məbləğ Mançester təmsilçisini qane etməyib. Premyer Liqa klubu 32 yaşlı əlcəzairlinin transferindən daha böyük vəsait əldə etmək arzusundadır.

Qeyd edək ki, “Əl-Əhli” Mahrezin özünə ildə 46 milyon avro ödəməyi planlaşdırırdı.

writer photo
Əlirza Əlirzalı
0