“Çelsi”nin baş tutmayan transferi
03.09.2022 - 23:25
“Çelsi”nin baş tutmayan transferi

“Çelsi”nin planları transfer pəncərəsinin son günündə pozulub.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi Romeo Lavia üçün təklif göndərib.

“Zadəganlar” yarımmüdafiəçi üçün “Sauthempton”a 50 milyon funt sterlinq ödəmək istəyib. Amma “müqəddəslər” bu təklifdən imtina edib.

18 yaşlı belçikalı bu yay “Mançester Siti”dən 12 milyon funta alınıb. “Şəhərlilər” onu 40 milyona geri qaytarmaq hüququna malikdir.
 

writer photo
Əlirza Əlirzalı
0