“Çelsi”nin daha bir futbolçusu “Barselona” ilə anlaşdı
24.05.2022 - 22:46
“Çelsi”nin daha bir futbolçusu “Barselona” ilə anlaşdı

“Çelsi”nin daha bir futbolçusu “Barselona” ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, Markos Alonso Kataloniya klubu ilə danışıqları yekunlaşdırıb.

“Real”ın yetirməsi madridlilərin əzəli rəqibi ilə şəxsi müqaviləni razılaşdırıb. 32 yaşlı cinah oyunçusu keçidinə maneçilik törətməməsi üçün “Çelsi” rəhbərliyinə də müraciət edib. London təmsilçisi razılıq versə, tezliklə transfer reallaşacaq.

Qeyd edək ki, “Çelsi”nin digər müdafiəçisi Andreas Kristensen bir müddət əvvəl “Barselona” ilə ilkin müqavilə bağlayıb.
 

writer photo
Əlirza Əlirzalı
0