“Çelsi”nin müdafiəçisi “Bavariya” hədəfində
29.08.2023 - 10:32
“Çelsi”nin müdafiəçisi “Bavariya” hədəfində

“Bavariya” Trevor Çalobanın xidmətində maraqlıdır.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu müdafiəçinin keçidi üçün “Çelsi”yə sorğu göndərib.

Londonlular 24 yaşlı futbolçunun icarəyə verməkdən imtina edib. Klub rəhbərliyi onu satmaq fikrindədir.

Çalobanın transferi ilə bağlı danışıqlar davam edir. Onun “Çelsi” ilə müqaviləsi 2028-ci ildə başa çatacaq.

Qeyd edək ki, Trevor cari mövsümdə  meydana çıxmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0