Çempionlar Liqasının üçqat qalibi vəfat etdi
23.11.2022 - 17:30
“Liverpul”, “Everton” və “İpsviç”in sabiq futbolçusu Devid Conson vəfat edib.
Apasport.az saytının məlumatına görə, futbol veteranı 71 yaşında ölüb.
Sabiq hücumçu Çempionlar Liqasının (həmin vaxt Çempionlar kuboku adlanırdı) qalibi olub. Conson 5 qat İngiltərə çempionudur. O, karyerası ərzində 321 matçda 102 qol vurub.
Qeyd edək ki, İngiltərə yığmasında 8 oyunda 6 dəfə fərqlənən forvard AVRO-1980-nin iştirakçısıdır.
0
0