Mesut Özil Almaniya millisinə qayıdır
06.02.2024 - 09:58
Mesut Özil Almaniya millisinə qayıdır

Yayda İngiltərə xüsusi turnirə ev sahibliyi edəcək.

Apasport.az xəbər verir ki, yaşı 35-dən yuxarı olan oyunçulardan ibarət Dünya Kuboku təşkil olunacaq.

Almaniya millisi ilə vidalaşması xoşagəlməz olsa da, keçmiş uğurları ilə tarixə düşən Məsut Özil də turnirdə iştirak edəcək. 

Almaniyanın heyətində Sami Xedira və Kevin Kuranyi kimi adların da yer alacağı bildirilib.

Qeyd edək ki, Özil milli forma ilə 92 oyun keçirib və 2014-cü ildə Dünya Kubokunun qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0