Dadaşov ilk dəqiqədə qol vurdu, komandası qələbə qazandı
03.09.2024 - 10:49
Dadaşov ilk dəqiqədə qol vurdu, komandası qələbə qazandı

Almaniyada Şimal-Şərq Regional Liqasında 6-cı turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” doğma meydanda “Herta Zelendorf”u qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dadaşov meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, komandasının 1-ci dəqiqədə ilk qolunu vurub. Hazırda "Dinamo" 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0