DÇ-2030-a iddiaçı “dördlük”
28.07.2022 - 12:17
DÇ-2030-un ev sahibliyi üçün 4 ölkə birgə namizədliyini irəli sürəcək.
Apasport.az saytının məlumatına görə, Uruqvay, Argentina, Çili və Paraqvay mundialın təşkili üçün sifariş göndərəcək.
Uruqvay Futbol Assosiasiyası rəsmi müraciətin avqustun 2-də FİFA-ya təqdim olunacağını açıqlayıb. Cənubi Amerika ölkələrinin rəqibi İspaniya və Portuqaliyanın birgə sifarişi olacaq.
Qeyd edək ki, DÇ-2030 Uruqvayda təşkil olunan ilk mundialın 100 illik yubileyinə təsadüf edəcək.
0
0