“Yuventus”un müdafiəçisi Mattiys de Liqt uğrunda mübarizə qızışır.
Apasport.az saytının məlumatına görə, onu heyətində görmək istəyən bir neçə Avropa nəhənginə “Bavariya” da qoşulub.
Almaniya klubu 22 yaşlı mərkəz müdafiəçisinin mümkün keçidi ilə bağlı qarşı tərəflə ilk danışığı da aparıb. Niderland millisinin üzvü münhenlilərin şərtləri ilə tanış olmaq istəyir. Onun üçün hazırda prioritet “Çelsi”yə keçməkdir. Çünki gənc oyunçu Tomas Tuxelin rəhbərliyi altında çıxış etmək fikrindədir.
“Çelsi” müdafiəçi üçün 75-80 milyon avro ödəməyə hazırdırsa, “Bavariya”nın hansı məbləği təklif edəcəyi məlum deyil. Turinlilər aparıcı oyunçusunun satışından 90-100 milyon avro qazanmağı planlaşdırır.
Qeyd edək ki, Mattiys de Liqt 2019-cu ildə keçdiyi “Yuventus”un heyətində ötən mövsüm 42 oyuna çıxıb, 3 qol vurub.