Di Maria Maradonanın uğurunu geridə qoydu
23.03.2024 - 13:27
Di Maria Maradonanın uğurunu geridə qoydu

Ötən gecə El Salvador və Argentina milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Apasport.az xəbər verir ki, görüş 3:0 hesabı ilə hazırkı dünya çempionlarının böyük hesablı qələbəsi ilə başa çatıb.

Son görüşdə yarımmüdafiəçi Anxel di Mariya bir məhsuldar ötürmə edib. Təcrübəli cinah oyunçusu bu ötürmə sayəsində Argentina millisi tarixində assistlər üzrə ikinci yerə yüksəlib. O, 27 məhsuldar ötürmə ilə əfsanəvi Dieqo Maradonanı (26) ötüb.

Xatırladaq ki, bu göstəricidə lider hücumçu Lionel Messidir. 36 yaşlı futbolçu 54 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Di Maria 2008-ci ildən Argentina millisində çıxış edir. Onun adına 136 matç var.

 

writer photo
Əlirza Əlirzalı
0