“İndi biz yeni sazişi müzakirə edirik. Danışıqlar tam sürətlə gedir və mən klubda qalmaq istəyirəm”.
Apasport.az xəbər verir ki, bu açıqlamaların müəllifi “İnter”in müdafiəçisi Denzel Dumfriesdir.
27 yaşlı futbolçu klubdakı durumundan razıdır: “İtaliyada məni hər şey qane edir. Klubun çıxışı, azarkeşlərimiz və məşqçi heyəti ilə münasibətim əladır. Açığı buradan getmək üçün bir səbəbim yoxdur. Yəqin ki, yaxın günlərdə müqavilənin artırıldığını elan edəcəyik”.
Qeyd edək ki, 2021-ci ilin avqustunda "İnter"ə transfer edilən niderlandlı futbolçunun komanda ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.