Dünya çempionu “Roma”nın transfer siyahısında
13.03.2023 - 23:45
Dünya çempionu “Roma”nın transfer siyahısında

Qətərdə keçirilən dünya çempionatının və 2022-ci ilin ən yaxşı qapıçısı seçilən Emiliano Martines karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Argentina yığması ilə dünya çempionu olan qolkiper “Roma”nın transfer siyahısındadır.

Paytaxt klubu baş məşqçi Joze Mourinyonu saxlamaq üçün heyətini gücləndirməyə qərar verib. “Aston Villa”nın cənubi amerikalı qapıçısı da bu məqsədlə transfer olunmalıdır.

Martinesin özü də daha iddialı kluba keçməyin tərəfdarıdır. “Aston Villa” onun üçün 50 milyon avro tələb edir. Romalılar bu qiyməti aşağı salmağa ümidlidir.

Qeyd edək ki, Emiliano “Atletiko” və “Mançester Yunayted”in da maraq dairəsindədir.

writer photo
Əlirza Əlirzalı
0