Eldor Şomurodov İtaliyada qaldı
31.07.2022 - 22:47
“Roma”nın hücumçusu Eldor Şomurodov karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Özbəkistan millisinin qolçusu A seriyasının digər təmsilçisi “Bolonya”da oynayacaq.
27 yaşlı forvard “Bolonya” ilə transfer şərtlərini razılaşdırıb. Klub onu almaq şərtilə icarəyə götürəcək. Transferin məbləği 9 milyon avro olacaq. Şomurodovun “Roma” ilə müqaviləsi 2026-cı ilə kimi qüvvədədir.
Qeyd edək ki, Eldor Şomurodov ötən ilin yayında 18 milyon avroya “Cenoa”dan “Roma”ya keçib.
0
0