Feliks üçün danışıqlar başladı
07.12.2022 - 11:29
Feliks üçün danışıqlar başladı

İngiltərənin “Aston Villa” klubu Portuqaliya millisinin futbolçusu Joao Feliksin transferi ilə bağlı danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi hazırda “Atletiko”da çıxış edən yarımmüdafiəçinin agenti Jorje Mendeşlə müzakirələr aparır.

Amma Joaonun keçidində digər klublar da maraqlıdır. “Mançester Yunayted”, “Çelsi”, PSJ və “Bavariya” 23 yaşlı forvardı heyətində görmək istəyir.

Qeyd edək ki, Feliks cari mövsümün 12 oyununda 3 qol və 3 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0