“Fənərbaxça” Jorjinyo üçün hərəkətə keçir
28.09.2023 - 16:37
“Fənərbaxça” Jorjinyo üçün hərəkətə keçir

“Fənərbaxça”nın qış transferində almaq istədiyi ilk futbolçu bəlli olub.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu “Arsenal”ın mərkəz yarımmüdafiəçisi Jorjinyonu gözaltı edib.

“Topçular”da baş məşqçi Mikel Artetanın planlarına daxil olmayan braziliya əsilli 31 yaşlı italyan bu keçidə qarşı deyil. London klubunda özünü xoşbəxt hiss etmədiyini deyən futbolçunun qışda türklərə qoşulması gözlənilir.

Qeyd edək ki, İtaliya millisinin də şərəfini qoruyan Jorjinyo bu mövsüm 6 matçda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0