"Fənərbaxça" yarımmüdafiəçisini satır
12.01.2024 - 13:53
“Fənərbaxça” bir futbolçusu ilə yolları ayırır.
Apasport.az xəbər verir ki, Super Liqa klubu Əmrə Moru satmağı düşünür.
Bu mövsüm zədə səbəbindən meydana az-az çıxan 26 yaşlı futbolçunun gedişi gündəmdədir. Hətta, iddialara görə cinah oyunçusunun meneceri danışılqar üçün İstanbula dəvət olunub. Ondan oyunçusuna yeni komanda tapması xahiş ediləcək.
Qeyd edək ki, Emre Mor bu mövsüm sadəcə 4 matçda 40 dəqiqə meydanda olub.
0
0