“Fənərbaxça”da növbəti ayrılıq
14.01.2024 - 11:18
"Pendikspor"un prezidenti Mahmud Türkoğlu "Fənərbaxça"nın hücumçusu Umut Nayiri transfer etmək üzrə olduqlarını bildirib.
Apasport.az bu barədə "ajansspor"a istinadla xəbər verir.
Türkoğlu Umut Nayirin transferi üçün "sarı-göylülər"lə anlaşdıqlarını açıqlayıb: "Umut Nayirin icarə transferi üçün Fənərbaxça ilə razılığa gəldik. Umutla da razılaşdıq və son detalları müzakirə edəcəyik. Heç bir geriləmə olmazsa, bazar ertəsi Umut da bizə qoşulacaq ".
Qeyd edək ki, Umut "Fənərbaxça"ya ötən yay transfer olunub. Onun komanda ilə 1+1 illik müqaviləsi var.
0
0