"Fənərbaxça"dan sonra "Qalatasaray" da Türkiyə kuboku ilə vidalaşdı
01.03.2024 - 09:49
Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində "Qalatasaray" "Rams Park"da "Karagümrük"ü qəbul edib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" 7-ci dəqiqədə Markao və 84-cü dəqiqədə Rayan Mendesin qollarına mane ola bilməyib.
"Qalatasaray"ı 2:0 hesabı ilə məğlub edən "Karagümrük" adını yarımfinala yazdırıb.
Xatırladaq ki, "qırmızı-qaralar" yarımfinalda "Trabzonspor" ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl "Ankaragücü"nə 0:3 məğlub olan "Fənərbaxça" Türkiyə kuboku ilə vidalaşıb.
0
0