"Flamenqo"dan Səudiyyə Ərəbistanına
31.12.2023 - 22:16
"Flamenqo"dan Səudiyyə Ərəbistanına

Daha bir futbolçu ərəblərin diqqətini cəlb edə bilib.

Apasport.az xəbər verir ki, "Flamenqo"nun müdafiəçisi Ayrton karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Braziliyalı “Əl-Hilal”ın əsas transfer hədəfinə çevrilib.
Braziliya millisinin də şərəfini qoruyan 26 yaşlı sol cinah müdafiəçisinin alınmasını klubun baş məşqçisi Xorxe Xesus istəyib. Portuqaliyalı mütəxəssis bu keçidi klub rəhbərliyindən xahiş edib.

Qeyd edək ki, son mövsümdə “Flamenqo” forması ilə 63 matça çıxan Ayrton 7 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.
 

writer photo
Əlirza Əlirzalı
0