Fransa klubu yeni baş məşqçi ilə anlaşdı
10.06.2024 - 16:19
Fransa klubu yeni baş məşqçi ilə anlaşdı

Fransa klublarından "Lans"da yeni baş məşqçi təyinatı reallaşıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

"Sarı-qırmızılar"ın "sükanı arxası"na Uill Still gətirilib. 31 yaşlı mütəxəssis "sarı-qırmızılar"la 3 illik müqavilə bağlayıb. Uill Still son olaraq Liqa 1-in digər təmsilçisi “Reyms”i çalışdırıb. 

Qeyd edək ki, "Lans" Fransa çempionatının son mövsümünü 51 xalla 7-ci sırada başa vurub.

writer photo
Əlirza Əlirzalı
0