Fransa klubuna getdi
14.01.2023 - 16:34
Fransa klubuna getdi

“Everton” futbolçusu Nils Nkunkunun icarədə olduğu klubu dəyişib. 

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

“Kardiff”də icarədə olan fransalı müdafiəçi vaxtından əvvəl Liverpul klubuna çağırılıb. 22 yaşlı futbolçu mövsümün sonunadək başqa kluba göndərilib. O, “Sent-Etyenn”də çıxış edəcək. Fransa təmsilçisi yayda onu transfer etmək hüququna da malik olacaq.

Qeyd edək ki, Nkunku cari mövsümün 18 matçında 1 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0