PSJ “Real”dan FİFA-ya şikayət edəcək – Mbappeyə görə
01.08.2023 - 16:37
PSJ “Real”dan FİFA-ya şikayət edəcək – Mbappeyə görə

PSJ Madrid “Real”ından FİFA-ya şikayət etməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, Fransa təmsilçisi ispanların hücumçusu Kilian Mbappeni yoldan çıxardığını düşünür.

Parislilər 24 yaşlı forvadın Madrid klubu ilə razılığa gəldiyini və azad agent kimi gələn il bu komandaya keçəcəyini iddia edirlər. 

Fransa millisinin kapitanı daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun təklifindən imtina edib. Dünən isə Mbappenin cari müqaviləni uzatma seçimini aktivləşdirə biləcəyi vaxt bitib.

Qeyd edək ki, Mbappe 2018-ci ildə “Monako”dan 180 milyon avro qarşılığında paytaxt klubuna transfer edilib. O. karyerası ərzində keçirdiyi 325 rəsmi oyunda 244 qol və 116 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0