Fransa klubundan antirekord: Liqa 1-də 3500 qol buraxan ilk komanda oldu
27.08.2024 - 10:29
Fransa çempionatının ikinci turunda “Renn” antirekorda imza atıb.
Apasport.az xəbər verir ki, klub bu mərhələdə "Strasburq"la qarşılaşıb və 3:1 hesabı ilə məğlub olub.
Buraxılan qollar "Renn" üçün əlamətdar olub.
Belə ki, “Renn” Liqa 1-də iştirakı ərzində 3500 qol buraxan ilk klub olub.
Qeyd edək ki, Fransa Liqa 1 çempionatının növbəti turunda “Renn” “Reyms”lə qarşılaşacaq.
0
0