“El Klasiko”nu “Real” qazandı
16.10.2022 - 20:07
“El Klasiko”nu “Real” qazandı

Bu gün növbəti “El Klasiko” baş tutub.

Apasport.az saytının məlumatına görə, “Real”la “Barselona” La Liqanın IX turunda üz-üzə gəlib.

Əzəli rəqiblər “Santyaqo Bernabeu”dakı görüşə çempionatın şərikli liderləri kimi çıxıb. Madriddəki duelin taleyi isə ilk yarıda həll olub.

Son 6 turda ilk qoluna imza atan Kərim Benzema 12-ci dəqiqədə “Real”ı hesabda önə çıxarıb. Fasiləyə 10 dəqiqə qalmış Federiko Valverde komandasının üstünlüyünü artırıb – 2:0.

Qonaqlar ikinci hissədə məğlubiyyətdən qaçmaq üçün mübarizə aparıb. Lakin barselonalılar yalnız Ferran Torresin 83-cü dəqiqədəki qoluna sevinə bilib. Rodriqonun uzatma dəqiqələrindəki penalti zərbəsi isə “Real”a 3:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, 9 turdan sonra “Real” 25 xalla 1-ci, “Barselona” 22 xalla 2-ci pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0