Fransa və Niderland Kubokunda bütün 1/4 finalçıların adlarına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Fransa Kubokunda 1/8 finalın son oyunu keçirilib. "Lans" "Loryan"la əsas vaxtı 1:1 başa çatan səfər matçında penaltilər seriyasında qələbə qazanıb – 4:2.
Bundan sonra 28 fevral və 1 martda keçiriləcək 1/4 finalın cütləri müəyyənləşib: "Marsel" – "Ansi", "Lion" – "Qrenobl", "Tuluza" – "Rodez", "Nant" – "Lans".
Niderland Kubokunun 1/8 finalının son 2 görüşündə isə "Ayaks" səfərdə "Tvente"ni, "Den Haax" isə öz meydanında "Qo Əhed İqlz"ı 1:0 məğlub edərək adlarını 1/4 finala yazdırıb. Beləliklə, Erediviziya klublarından "Ayaks", "Feyenoord", "Heerenveen", PSV, "Utrext", I divizion klubu "De Xraafsxap" və II dəstə klubu "Spakenburx" 1/4 finalda mübarizə aparacaq. Bu mərhələnin püşkü fevralın 11-də atılacaq, oyunları 28 fevral - 2 mart tarixlərində keçiriləcək.