Hücumçu alacaq
27.10.2022 - 22:13
Hücumçu alacaq

“Everton” heyətinə yeni hücumçu qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, liverpullular Daniel Podensenin xidmətində maraqlıdır.

Klub nümayəndələri hazırda “Vulverhempton”da çıxış edən forvardın agenti ilə təmasa keçib. Jorje Mendeş müştərisinə yeni komanda tapmaqda maraqlıdır. 27 yaşlı forvardın anlaşması 2024-cü ilin yayında bitəcək.

Qeyd edək ki, Podense mövsümün 13 matçında 2 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0