İki illik həsrətə son: San-Marinodan qol
18.10.2023 - 16:03
İki illik həsrətə son: San-Marinodan qol

San-Marino millisi seçmə mərhələlərdəki qol həsrətinə son qoyub.

Apasport.az xəbər verir ki, “cırtdan ölkə” təmsilçisi 2 il sonra qol vurmağı bacarıb.

San-marinolular AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Danimarka ilə ev görüşündə fərqlənib. 1:2 hesabı ilə uduzan “cırtdanlar” qolsuz oyunlar seriyasını qırıb.

Qeyd edək ki, San-Marino sonuncu dəfə DÇ-2022-nin 2021-ci ildə keçirilən Polşa (1:7) ilə qarşılaşmasında qol vurmuşdu.
 

writer photo
Əlirza Əlirzalı
0