İki klub Serxio Ramosu transfer etmək istəyir
27.04.2024 - 15:22
İki klub Serxio Ramosu transfer etmək istəyir

Ulduz müdafiəçi Serxio Ramos 2023/2024 mövsümünün sonunda "Sevilya"nı tərk edə bilər.

Apasport.az "Todofichajes" portalına istinadla xəbər verir ki, 38 yaşlı oyunçu yeni müqavilənin maliyyə şərtləri ilə bağlı klub rəhbərləri ilə razılaşa bilmir. Tərəflər anlaşa bilməsə, Serxio komandanı azad agent kimi tərk edəcək.

Ramosun karyerasını MLS-də davam etdirmək variantları var. İspan futbolçu ilə 2 klub maraqlanır: "İnter Mayami" və "Los Anceles Qalaksi".

İspaniya çempionatının bu mövsümündə Ramos 22 oyun keçirib, 3 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0