İlkay Gündoğan: “Komandada daha çox qəzəb görmək istəyirəm”
31.10.2023 - 13:34
İlkay Gündoğan: “Komandada daha çox qəzəb görmək istəyirəm”

“Real”a məğlubiyyətdən sonra “Barselona”nın düşərgəsində narazılıqlar yaranıb.

Apasport.az xəbər verir ki, Barselonanın eyniadlı komandasının futbolçusu İlkay Gündoğan “El-Klassiko”dakı uğursuzluqdan sonra komanda yoldaşlarından narazı qalıb.

Yarımmüdafiəçi belə oyunla titul qazana bilməyəcəklərini açıqlayıb. “Mən dürüst olmalıyam. Komandanın məğlubiyyətə münasibəti çox aşağıdır. Bu mövsüm titul qazanmaq istəyiriksə, məğlubiyyəti həzm etməməliyik. Məğlubiyyətdən sonra komandamda daha çox qəzəb və məyusluq görmək istəyirəm”.

Qeyd edək ki, ötən turun ev matçında “Real”a 1:2 hesabı ilə məğlub olan kataloniyalılar turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0