İngiltərənin I divizion klubu "Benfika"dan futbolçu aldı
08.01.2023 - 00:50
İngiltərənin I divizion klubu "Benfika"dan futbolçu aldı

İngiltərənin I divizion klubu "Votford" sağ cinah müdafiəçisi Juau Fereyra ilə müqavilə imzaladığını açıqlayıb.

Apasport.az xəbər verir ki, 21 yaşlı portuqaliyalının "Benfika"dan 2,5 milyon funt-sterlinqə alındığı bildirilir.

Futbolçu aşağı divizion komandası ilə 2027-ci ilin iyun ayınadək müqavilə imzalayıb. O, cari mövsüm klub səviyyəsində 12 oyun keçirib, qol vurmayıb.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqadan düşən "Votford" hazırda I divizionda 40 xalla 4-cü sırada qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0